Sağlamlıq
Kişilər üçün ziyanlı olan məhsullar - ARAŞDIRMA
Alimlər yağlı qidanın kişilərin beyninə fərqli təsir göstərdiyini aşkar ediblər.
Publika.az xəbər veri ki, Texas Universiteti nəzdində Cənub-Şərqi Tibb Mərkəzinin bioloqları gəmiricilər üzərində sınaq keçiriblər. Məlum olub ki, müntəzəm olaraq tez hazırlanan qida məhsulları ilə qidalanan erkək gəmiricilərdə beyinin iltihabı inkişaf etdiyi halda, dişi gəmiriciləri belə bir aqibətdən estrogen hormonu qoruyub.
16 həftə sürən kalorili yağlı yeməklərdən sonra təcrübə altında olan erkək gəmiricilərdə beyin iltihabı inkişaf etməyə başlayıb. Maraqlıdır ki, hətta bu qədər müddət ziyanlı yeməklərdən sonra dişilərin hipotalamusu təmiz qalıb.
Bundan əlavə, təcrübə altında olan gəmiricilərin vəziyyətinin sonrakı analizi göstərib ki, dişilərlə müqayisədə erkəklər qlükozaya davamsızlıq və ürək funksiyalarının pozulması əlamətlərini daha çox nümayiş etdiriblər. Alimlər müəyyən ediblər ki, dişiləri fastfudun mənfi təsirindən estrogen hormonunun erkəklərdə təsadüf edilməyən tipi qoruyub.
Qeyd edək ki, alimlər bu son dərəcə qəribə fenomenin səbəblərindən baş çıxarmaq üçün əlavə araşdırmalar aparmağı planlaşdırır.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)