Sağlamlıq
Hər gün bu tərəvəzi yemək xərçəngin qarşısını alır
Populyar tərəvəz düşünüləndən daha faydalıdır.
Publika.az medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib.
Alimlər yerkökündə güclü antixərçəng təsiri aşkarlayıblar. Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var. Lakin kökdə olan digər aktiv maddı – poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır.
Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər. Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb. Nəticə göstərib ki, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır. Hətta gündə 1 ədəd kök belə xərçəngi 4% azalda bilir. Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar. Ona görə yeni ildən kök yeməyə vərdiş edin.
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































