Sağlamlıq
Həkimlərin pandemiyada 17 min xəstənin ölümünə səbəb olan SƏHVİ ORTAYA ÇIXDI
Koronavirus pandemiyasının ilk dalğası zamanı malyariya əleyhinə hidroksiklorokin dərmanının qəbul edilməsi Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə 16,9 minə yaxın xəstənin ölüm səbəbi ola bilər.
Publika.az xəbər verir ki, fransız alimləri bu qənaətə gəliblər. Onların araşdırması "Biomedicine & Pharmacotherapy" jurnalında dərc olunub.
"Bu dərmanların qəbulunun effektivliyinə dair sübutların aşağı səviyyədə olmasına baxmayaraq, COVİD-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrə hidroksiklorokin təyin edilib. Xəstəxanada hidroksixlorokin alan və palataya yerləşdirilən yerləşdirilən xəstələrin sayının 16,9 min nəfər olduğu təxmin edilir", - materialda deyilib.
Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə etdiyi üçün dərmandan ölənlərin sayı daha çox olduğu güman edilir. Alimlər həmçinin qeyd ediblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında xəstələrdə aşkar edilən ürək problemləri kimi mənfi təsirlərə görə, hidroksiklorokinin COVİD müalicəsində sınaqdan keçirilməsini dayandırıb.
Aytən Məftun
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































