Sağlamlıq
Sağlam qalmaq üçün gündə neçə ədəd qoz yemək lazımdır?
Lif, vitaminlər, minerallar və yaxşı yağlar ehtiva edən qoz bu baxımdan son illərdə super qida elan edilib.
Publika.az qozun faydalarını təqdim edir:
Yaxşı yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Tərkibində təxminən 90 qida maddəsi olan qoz müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, eyni zamanda bir sıra vitaminlər var. Bundan əlavə, qoz yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.
Qoz qlutensiz pəhriz üçün uyğundur. Vegetarianların və veqanların bir sıra vitamin və mineral çatışmazlığından əziyyət çəkməmələri üçün qoz yemələri məsləhətdir.
Bu çərəz antioksidanlarla zəngin olduğu üçün yaşlanma ilə bağlı xəstəliklərin, xərçəngin və ürək-damar sistemi problemlərinin qarşısını alır.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterinin (LDL) oksidləşdirici zərərini azaldır.
Axşam televizor qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, bunların əvzinə qozu seçə bilərsiniz. Qoz doyurucu olduğu üçün aclıq hissini və iştahı azaldacaq.
Yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qoz təxminən 674 kalori ehtiva edir. Arıqlamaq istəyənlər və ya eyni çəkidə qalmaq fikrində olanlar gün ərzində 8 ədəddən çox qoz yeməməlidirlər.
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur














.jpg)
























