Sağlamlıq
Bu içkilər idmanın faydasını sıfıra endirir
Kanadalı elm adamları 30 il ərzində 100 min yetkin insanın qidalanma və məşq vərdişlərini təqib edərək, sağlamlıq vəziyyətlərini müqayisə ediblər.
Publika.az xəbər verir ki, Kvebekdəki Lava Universitetinin alimlərinin bu barədə apardığı hərtərəfli araşdırma "American Journal of Clinical Nutrition" tibb jurnalında dərc olunub. Araşdırma aparan alimlər müxtəlif markaların istehsal etdiyi fərqli dadlı qazlı içkilərin insan sağlamlığına mənfi təsirləri olduğunu açıqlayıb. Alimlər müəyyən ediblər ki, qazlı içkilər müntəzəm idmanın belə müsbət təsirini aradan qaldırır.
Tədqiqata görə, həftədə cəmi 350 ml qazlı içki belə zərərlidir. Çünki bu, həftədə təxminən 150 dəqiqəlik məşqin ürəyə müsbət təsirlərini və bu zamanı əldə edilən digər faydalarını sıfıra endirir.
Alimlər həmçinin şəkər qamışı və şərbətli qazlı içkilərdən istifadə etməmək barədə xəbərdarlıq ediblər.
Professor Jan Filipp Droen-Şarte açıqlamasında bildirib ki, fiziki fəaliyyət şəkər əlavə olunmuş içkilərlə əlaqəli ürək-damar xəstəlikləri riskini yarıya endirir, lakin tamamilə aradan qaldırmır.
"İnsanlar inanır ki, fiziki olaraq aktiv olsan, şəkərli içkilər sağlamlığına mənfi təsir etməyəcək. Lakin belə deyil", - Şarter vurğulayıb.
Kanadalı elm qrupu iki butulka şəkərli və qazlı içkinin də ciddi sağlamlıq problemlərinə gətirdiyini qeyd edib.
Alimlər insanları bu cür içkilərdən uzaq durmağa səsləyib və "Ən yaxşısı sudur" deyə bildiriblər.
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək






































