Sağlamlıq
70 yaşlı çinlinin gənc görünüşü hər kəsi HEYRƏTLƏNDİRİR - FOTO
İdman etmək, balanslaşdırılmış qidalanma və yaxşı yuxu sağlamlıq üçün son dərəcə vacibdir. Xüsusilə idman sayəsində həyatını və görünüşünü tamamilə dəyişənlər tez-tez sosial medianın radarına düşür.
Publika.az xəbər verir ki, onlardan biri də 70 yaşlı çinli Zou Hepinq olub. O, 70 yaşında olsa da, gənc görünüşü ilə hər kəsi şok edir. Sosial mediada viral olan Hepinq fit duruşunun, xüsusən qarın əzələlərinin sirrini açıqlayıb.
Qaçmağa üstünlük verən Hepinq çoxlu maye qəbul etdiyini deyib. Hepinq səhər saat 8-də işə getməzdən əvvəl, 5:30-da idman edir.
Hazırda 70 yaşı olan baba 2200 metrlik dağa asanlıqla qalxa bilir. "Həyat qaçışdan ibarətdir. İdman etmək, fitnes rejimini qorumaq və yaxşı həyat tərzini inkişaf etdirmək əsasdır", - o qeyd edib.
Hepinqin qaçmağa marağı 45 il əvvəl, 1979-cu ildə bir jurnalda idmanın faydalarını oxuduğu zaman başlayıb. Onun idman rejiminə jim, iplə tullanma, əllə dayanma və bir saat ərzində Gele dağının zirvəsinə qalxmaq daxildir.
Çinin cənub-qərbindəki Çonqqing şəhərindən olan Hepinq 50 dəqiqə ərzində dağdan aşağı timsah kimi sürünə bilməsinin səbəbini də izah edib: "Sürünmək dizləri incitmir, əzaların koordinasiyasını yaxşılaşdırır".
Hepinq gənc görünüşünü yalnız idman sayəsində əldə etmir. O, 40 ildir spirtli içkidən, siqaretdən uzaq qaldığını, tez yatdığını xüsusi vurğulayıb.
Aytən
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı























.jpg)


.jpg)
.webp)











