Sağlamlıq
Banka qoyduranlarda bu xəstəlik yaranır - Həkimlər xəbərdarlıq etdi
Elm adamlarının israrla qaçınılması lazım olduğu deyilən bankalamaq tibb aləmində yenidən müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, alternativ müalicə üsulu olaraq təklif edilən bankalamağın infeksiyaya və qalıcı yaralara səbəb ola biləcəyi bildirilir.
Türkiyənin Uludağ Universitetinin Tibb Fakültəsinin Fiziki Müalicə və Reabilitasiya üzrə müəllimi, professor Lale Altan sosial media hesabında qeyd edib ki, bankalamaq müalicə deyil. Onun sözlərinə görə, qan tökməklə heç bir xəstəlik sağalmaz.
Hematologiya mütəxəssisi, professor Mustafa Çetiner qeyd edib ki, banka qoymaq və buna bənzər alternativ təbabət üsullarının elmi isbatı son dərəcə zəifdir:
“Bu üsulları müalicə kimi təqdim etmək elmi deyil, daha çox kommersiya xarakteri daşıyır. Üstəlik, savadlı olmayan insanlar bu cür təcrübələri həyata keçirməyə çalışır. Vətəndaşlarımıza tövsiyə edirəm ki, elmi tibbi müalicələrdən kənara çıxmasınlar. Lazımsız sertifikat proqramları və müəyyən təcrübələr nəticəsində çox ciddi və ölümcül tibbi səhvlər ola bilər”.

Daxili xəstəliklər mütəxəssisi, professor Osman Erk heç bir halda banka qoymağı məsləhət görmür:
“Bu, yalnız psixoloji təsir göstərə bilər. Bundan başqa, orqanizmə hər hansı bir faydalı təsiri yoxdur. Qan almaq yerinə hər 3 aydan bir qan verilməlidir. Bədənin bütövlüyünü pozmaq, onu qanatmaq və ya qanaxmaya səbəb olmaq üçün elmi əsas yoxdur. Ozon terapiyası tendensiyası da var. Həkimin uyğun gördüyü insanların immun sistemini dəstəkləmək üçün zaman-zaman ozon terapiyasından istifadə oluna bilər”.

Yoluxucu xəstəliklər mütəxəssisi, professor Mehmet Ceyhanın sözlərinə görə, Türkiyəyə bankalamaq Misirdən, akupunktura isə Uzaq Şərqdən gəlib:
“Bunların heç biri bizə xas olan ənənəvi tibb üsulları deyil. Deyirlər ki, banka qoymaq bədəndəki çirkli qanı təmizləyir, amma biz bunu son dərəcə müasir üsullarla edə bilərik. Bu prosedurun nə məntiqi, nə də elmi cəhətdən xəstəyə heç bir faydası var”.
Aysel Şahmar
-
Magazin106:16Nəsrinin serialı bu tarixdə başlayır
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO

































.jpg)


