Sağlamlıq
Professor 152 il yaşayan insanın uzunömürlülük sirlərini açdı
Bir sıra tədqiqatların məlumatları göstərir ki, insanın 90 yaşına çatması 30% genetikadan, 70% isə həyat tərzindən asılıdır.
Publika.az xəbər verir ki, Prezident Akademiyası nəzdində Rusiya Federasiyasının Ətraf Mühitin İnkişafı üzrə Milli Mərkəzinin direktoru Maksim Safonov "aif.ru" ilə söhbətində uzunömürlülüyünün sirlərindən söz açıb. Mütəxəssis bildirib ki, tarixdə insanların 120 yaşdan çox yaşadıqlarına dair nümunələr çoxdur.
“Deyilənlərə görə, Pirəsora dağ kəndindən olan Mahmud Bağır oğlu Eyvazov 152 il yaşayıb, 1808-ci ildə anadan olub, 1960-cı ildə vəfat edib. 148 yaşlı kolxozçu beynəlxalq səviyyədə məşhurlaşdı, mətbuat və televiziya proqramlarının qəhrəmanına çevrildi”, - Maksim Safonov bildirib.
Onun sözlərinə görə, uzunömürlülüyə daha çox Qafqazda doğulub orada yaşayan insanlar arasanda rast gəlinir, çünki bu yerlərin şəraiti uzunömürlülük üçün əlverişlidir. Onların arasında həm təbii, həm də sosial komponentlər var - dağlarda sağlam hava, təmiz su, daimi hərəkət, stressin olmaması, qocalara hörmət, daim sevgi və yaxınları ilə əhatə olunması.
Bu son məqam xüsusilə vacibdir, çünki tənha insanlar daha tez ölür, ailə dəstəyi və öz məsuliyyətini duymaq isə ömrü uzadır. Bununla belə, meqapolislərdə uzunömürlülər var. Bu baxımdan, həyatının mənasını bilmək, hədəf və məqsədlərin olması insanın uzun illər yaşamasına kömək edir. Professor hesab edir ki, alimlər məqsədləri olduğu və zehni işlə çox çalışdıqları üçün uzun yaşayırlar.
Safonov qeyd edib ki, sağlam həyat tərzi kodeksinə o qədər də sadiq olmayan uzunömürlülər də var. Bəzi araşdırmalar göstərir ki, 90 yaşa çatmaq 30% genetikadan, 70% isə həyat tərzindən asılıdır. Eyni zamanda, əgər bir insan 110 yaş həddini keçirsə, bunun 70% -i genetikadan qaynaqlanır.
Aytən
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama














.jpg)










.jpg)











