Daim arıq qalmaq və güclü əzələlər üçün yeni üsul
Bizi izləyin

Sağlamlıq

Daim arıq qalmaq və güclü əzələlər üçün yeni üsul

İllərdir ki, tədqiqatçılar sağlam arıqlamaqla əzələləri inkişaf etdirməyin yolunu axtarır. Nəhayət, araşdırmalar öz nəticəsini verib və yeni “EMS” arıqlama texnologiyası yaradılıb.

Estetik plastik rekonstruktiv cərrah Sərdar Bora Bayrakdaroğlunun fikrincə, sağlam arıqlamaq və güclü əzələlərə malik olmağın yolu 5 şərtə əməl etməkdən keçir:

“Klassik fitness məşqləri bütün əzələ qruplarını işlətmək və gücləndirmək üçün, təəssüf ki, yetərli olmur. İdman texnologiyasının gəldiyi son nöqtə məhz budur. Odur ki, Avropa və Amerikada istifadəsi sürətlə genişlənən “EMS” (arıqladıcı cihaz) texnologiyası köməyə gəlir. Belə ki, sözügedən texnologiyadan istifadə etməklə bədəndəki 36000 əzələ lifini eyni anda işlətmək mümkün olur. Əzələ fəallığının artması toxumalardakı yağ yandırma prosesini sürətləndirərək əzələlərin inkişafına təsir edir və yağsız bədən tipinə sahib olmağı asanlaşdırır".

Doktor Sərdar Bora Bayrakdaroğlu iddia edir ki, sağlam arıqlamağın əsasını güclü əzələ quruluşu təşkil edir. O, 5 qızıl qanunun “EMS” texnologiyasında birləşdiyini və bu texnologiyanın Avropada, Amerikada yayıldığını bildirib. Ancaq “EMS” texnologiyasından istifadə edərkən tibbi icazə alınmalı, cihazların sertifikatı olmalı, şəxsi məşqçilərin nəzarəti altında və gigiyenik mühitdə məşq edilməlidir.

Dünya miqyasında özünü doğrultmuş “EMS” texnologiyasının Almaniyanın Nurnberq Universitetində və digər akademik işlər nəticəsində bədən üzərində olduqca müsbət təsiri sübut edilib. Onun yağ kütləsini azaldaraq əzələ həcmini artırdığı məlum olub. Həmçinin, metabolizmi sürətləndirən və qan dövranını yaxşılaşdıran təsiri olduğu bildirilib.

EMS texnologiyasının əzələ quruluşu üzərində müsbət təsiri bunlardır:

Əzələ quruluşunu dərindən gücləndirir.

Güclü əzələ toxuması ilə əzələ toxuması ətrafındakı yağ ərimə prosesini sürətləndirir.

Əzələ liflərini artırır.

Metobolizmi sürətləndirir.

Qan dövranını yaxşılaşdırır.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm