Sağlamlıq
Toy günü incə və gözəl görünməyin ipucları
Türkiyəli diyetoloq və detoks mütəxəssisi Əmrə Uzun toya hazırlaşan gənc qızlar üçün düzgün qidalanma qaydalarından danışıb.
Bu məsləhətlərdən təkcə gəlin namizədləri deyil, toyda iştirak edəcək hər kəs faydalana bilər.
Üstəlik, sadəcə 10 gün toyda ideal görünmək üçün kifayətdir.
Elə isə buyurun, Publika.az-ın təqdim etdiyi həmin məsləhətlərə nəzər salın.
1.Adi su əvəzinə limon, nanə, zəncəfil və ya darçınla dadlandırılmış su için. Bu maddələr mübadilənizi sürətləndirərək arıqlamağınıza kömək edəcək.
2. Qəlyanaltı maddələr mübadiləsinin sürətlənməsi üçün əhəmiyyət daşıyır.
Ona görə də əsas yeməklərin arasında qəlyanaltı etməyi yaddan çıxarmayın.
3. Yaşıl çay için. Yaşıl çay arıqlamağa kömək edən ən təsirli vasitələrdən biridir.
Gündə 2-3 fincan yaşıl çay içərək yağlarınızı əridə bilərsiniz.
4. Ürəyiniz şirniyyat istəyəndə tünd şokolad yeyin.
Tünd şokolad digər şirniyyat növlərindən fərqli olaraq daha az kalorilidir. Həm də araşdırmalar tünd şokoladın bel bölgəsindəki piylərin əriməsinə kömək etdiyini ortaya çıxarıb.
5. Bədəninizdəki artıq yağlardan qurtulmaq üçün göyəm, qara tut, moruq və böyürtkən yeyin.
Bu meyvələr güclü antioksidantdırlar və maddələr mübadiləsini sürətləndirirlər.
6. Xörəklərin suyunu yeməyin.
Çünki xörəyə vurulan yağın çox hissəsi onun suyuna çıxır.
Xörəyin suyu daha çox çörək yeməyə səbəb olur. Odur ki, yeməklərin suyunu boşqabınızda saxlayın, əsla yeməyin.
7. Probiyotiklərlə bağırsaqlarınızı gücləndirin. Çünki ideal çəkiyə gedən yol sağlam həzm sistemindən keçir.
Kefir kimi bol miqdarda probiyotik ehtiva edən içkilərlə həzm sisteminizi gücləndirin.
8. Arıqlamaq işin yarısıdır. Çünki çəki atdıqda dəri sallana bilər. Bunun qarşısını almaq üçün idmanla məşğul olun.
Plates və yoqa isə ən ideal seçimdir.
9. Ödəm və şişkinlikdən xilas olmaq üçün mixək, hil kimi ədviyyatları çaya əlavə edərək için.
10. Sağlam və gözəl dəri üçün gündə ən az 4 növ meyvə yeyin. Ancaq az kalorili meyvələri seçin.
Ləman Sultan
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım

















.jpg)
.jpg)

















