Səhiyyə
"17-25 yaş arası gənclərdə təzyiq problemləri artıb" - İNFARKTDAN YAYINMAQ ÜÇÜN OXUYUN!
Dünya əhalisinin 40%-ə yaxın hissəsi hipertaniya (qan təzyiqi) xəstəliyindən əziyyət çəkir. Xəstəlik son dövrlərdə kifayət qədər cavanlaşmağa başlayıb. 20-30 yaş arası insanlarda bu xəstəlik özünü uzun müddət büruzə verərsə, insanın daxili orqanlarını sıradan çıxarar. Son illər Azərbaycanda da qan təzyiqindən əziyyət çəkən insanların sayı sürətlə artıb. Bəs görəsən buna səbəb olan əsas amillər nələrdir? Qan təzyiqinin nə kimi riskli fəsadları var? Xəstələr təzyiqi normada saxlmaq üçün nə etməlidirlər?
Bu barədə Publika.az-ın suallarını həkim terapevt Amilə Zeynalova cavablandırdı.
O bildirdi ki, texnologiyanın inkişafı insanları sürətlə passiv və oturaq həyat tərzinə keçirir. Stress, əsəb və psixoloji gərginlik artır, həmçinin insanlar düzgün və zamanında qidalanmırlar. Bütün bunlar da xəstəliklərin sayının artmasına səbəb olur:
“Tibbdə hipertaniya kimi tanınan qan xəstəliyi fərqli yaş aralığındakı insanlarda, fərqli səbəblərdən yarana bilər. Buna konkret bir cavab vermək çətindir. Məsələn, müəyyən yaşdan sonra insanlarda ürək-damar xəstəlikləri, endokrinoloji dəyişikliklər (qalxanvari vəzin funksiyasının pozulması), böyrəküstü vəzin problemləri, (bədxassəli qan təzyiqi də adlandırılır) və s. yaranır. Müxtəlif yaş qruplarında bu problemlərə rast gəlinir. İlkin müayinələrdə ürək-damar sistemi, böyrəklər yoxlanıldıqdan sonra heç bir xəstəlik aşkarlanmayıbsa, biz buna birincili hipertaniya (qan təzyiqi) deyirik. Heç bir endokrinoloji səbəb olmadan yaranır. Amma bu heç də tamamilə səbəbsiz yaranan xəstəlik deyil. Daxili orqanlarda heç bir patalogiya yoxdursa, deməli birbaşa stress və ya boyun osteoxondrozu ilə bağlı olan prosesdir. Bu zaman onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasındakı disklər deformasiyaya uğrayır. Meydana gələn simptomlar isə boyun hissəsində daimi güclü ağrılar, qollarda və çiyinlərdə keyləşmə ilə müşayət olunur. Təbii ki, pasiyentlər yüksək təzyiqin qarşısını almaq üçün vaxtında həkimə getməsələr, təyin edilən dərman preparatlarından istifadə etməsələr, bu ciddi fəsadlar yarana bilər. 17-25 yaş arası insanlarda böyrəküstü vəzin problemləri ilə əlaqədar qan təzyiqinin yaranması müşahidə oluna bilir. Şəxsi təcrübəmdə 17 yaşlı xəstədə biz buna aşkarlamışdıq. Düzgün müalicə tətbiq edildikdən sonra təzyiq öz normasına düşdü. 35-40 yaş aralığında olan insanlarda isə daha çox hipodinamiya-hərəkətin məhdudlaşması, iş rejimin ağır olması və digər faktorlar əsas götürülür. Biz buna "ofis sindromu" da deyirik. Təzyiq xəstəliyinin sürətlə artmasının, cavanlaşmasının əsas səbəblərdən biri də məhz texnologiyanın inkişafı nəticəsində yaranan informasiya bolluğudur. Bütün günü qapalı ofis şəraitində qalmaq, gərgin və kifayət qədər yorucu iş sistemidir. Cavanlar sosial şəbəkələrə həddən artıq diqqət yetirdikləri üçün onlarda sinir sisteminə bağlı dəyişiklər müşahidə olunur. Buna tibbdə "vegetativ sinir sistemi sindromu" da deyirik. Bu zaman da hipertaniya problemi yarana bilər. Bu kimi hallarda, xüsusilə nevropotoloqa müraciət etmək tövsiyə edilir. Dünya ölkələrində ölüm səbəbi olaraq, birinci pillədə ürək-damar xəstəliklərinin gəlməsi təsadüfi deyil. Təzyiq xəstəliyi 90 faiz hallarda sərbəst xəstəlik olaraq qiymətləndirilir və daxili orqanlarda heç bir problem olmadan inkişaf edir, digər 10 faiz hallarda isə hansısa gizli gedən xəstəliyin əlaməti olaraq ikincili təzyiq xəstəliyi kimi özünü büruzə verir.”
Həkim onu da əlavə etdi ki, pasiyentlər çox zaman təzyiq xəstəliklərinin nə kimi ağır fəsadlara gətirib çıxaracağını təxmin etmirlər. Bəzən yüksək təzyiqi olan, şəkərli diabetdən əziyyət çəkən xəstələr ev şəraitində təzyiqi normallaşdırmaq üçün xalq təbabətindən (ayaqları isti suya qoymaq, limon və s.) istifadə edirlər. Bu çox risklidir:
“Qeyd etdiyimiz kimi birincili və ikincili olaraq təzyiq problemlərini ikiyə ayırmaq olar. Bu zaman nəzərə almaq lazımdır ki, ikincili təzyiq problemi birbaşa böyrək patologiyalarında, endokrin vəzi şişlərində və s. hallarda meydana çıxır. Təzyiqi olan şəxs gün ərzində müxtəlif vaxtlarda təzyiqini ölçməlidir. Heç olmasa gün ərzində 3 dəfə təzyiqinizi yoxlayın, göstəricilər 140/90-dan yuxarıdırsa, bu artıq hipertoniya xəstəliyinin ola biləcəyindən xəbər verir. Bəzi insanlar isə genetik olaraq təzyiq xəstəliyinə meyilli olduqları üçün çəkiyə və qida rasionuna normadan artıq diqqət etməliirlər. Bu tip insanlar həddən artıq bədən çəkisi almamalı, duza ümumiyyətə yox deməli, günün ikinci yarısından sonra maye qəbul etməməlidir. Gecikdirilmiş müalicə insan həyatı üçün böyük təhlükə yaradır. Məsələn, şəkərli diabetdən əziyyət çəkən xəstə təbii ki, təzyiqini normada saxlamaq üçün mütəmadi olaraq həkimlə əlaqədə olmalıdır. Orqanizmdən asılı olaraq, anidən təzyiqin yüksəlməsi insulta səbəb ola bilər. Belə deyək, hipertoniya xəstəliyinin özü, bir qədər də şəkərli diabetin fəsadları sırasına daxil edilə bilər. Vaxtında qoyulan düzgün diaqnoz və təyin edilmiş müalicə qarşısıalınmaz, (korluq, ürək çatışmazlığı, böyrək çatışmazlığı, infarkt və s.) ağır fəsadların önünə keçə bilir”.
Son zamanlar gənc yaşda insanların infarct və insult diaqnozu ilə dünyasını dəyişməsinə toxunan A.Zeynalova onu da bildirdi ki, bunun da ilkin səbəblərindən biri məhz təzyiqdir:
“Uzun illər şəkərli diabetdən əziyyət çəkən xəstələrdə (hətta insulindən asılı olmayan pasiyentlər) beyin damarlarında "anqiopatiya" deyilən tıxanıqlıq yaranır. İki cür insult var: beyinə qan sızma (hemorraqik insult) və damarların tutulması (işemik insult).
Hemorraqik insult - əksər hallarda arterial təzyiqin kəskin artması nəticəsində təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına yaxud, beyin qişalarının altına sızır. İşemik insultda isə nə damarın cırılması, nə də qansızma baş vermir. Beyin damarlarındakı tıxanıqlıq səbəbindən qan dövranı pozulur, qanın damarda hərəkəti sürətlə azalır və bir müddətdən sonra tamamilə dayanır.
Əksər hallarda damaraların tutulması səbəbindən yaşanan insultlara daha çox rast gəlinir. Təbii ki, bu proses birdən-birə baş vermir. Ardıcıllıqla şəkər, ondan sonra qan təzyiqi qalxır. Daha sonra xolestrin lövhəcikləri damarların divarlarını tutur və sonunda işemiyaya gətirib çıxarır. Təbii ki, damarların tıxanıqlığından asılı olaraq, bəzən mikroinsultlar da ola bilər. Burada əsas məqamlardan biri işemiyaların beynin hansı yarımkürəsində olduğudur. Şəkərli diabetlərdə daha çox ürək-damar xəstəlikləri ilə əlaqədar miokard infarktlarına rast gəlinir. Miokard kəskin infarktı olan xəstələrin isə təəssüf ki, yalnız 50 faizi xəstəxanaya çatdırıla bilir. Hər kəs sağlamlığının qeydinə qalmaq məqsədilə rutin müayinələrdən keçməlidir ki, gizli şəkildə orqanizmdə gedən dəyişikliklər qarşısı alınmaz fəsadlarla nəticələnməsin. İnsanlar bunu heç cür müəyyən edə bilməzlər. Bu kimi xəstəlikləri müəyyən etmək üçün mütləq mütəxəssis yanaşması olmalıdır”.
Könül Cəfərli
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı