Səhiyyə
"Troya atı" insanların bədəninə yeridiləcək və... - Alimlərdən VACİB İŞ
Alimlər dayanıqlı bakteriyalarla mübarizə apara biləcək yeni bir antibiotik hazırlayıb.
Publika.az xəbər verir ki, bir dərman firması tərəfindən hazırlanan antibiotiklər Yunan mifologiyasındakı “Troya atı” kimi davranaraq gizli bakteriyaların içinə girə bilir.
Yunan döyüşçülərinin Troya şəhərinə gizlincə daxil olması üçün böyük taxta atın hekayəsindən ilham alınaraq hazırlanan antibiotik bədənə daxil olanda dəmirə bağlanır. Dolayısı ilə “aldadılan” bakteriya hüceyrəsinin içinə girib, bakteriyanı yox edə bilir.
Araşdırmanı həyata keçirən alimlər bildirir ki, dərman bu xüsusiyyətinə görə “Troya atı”na bənzəyir, lakin tək fərq antibiotik bakteriyanın içinə girmək üçün taxta yox, dəmirdən istifadə edir.
Böyrək və sidik yolu infeksiyasından əziyyət çəkən 448 nəfər üzərində bu dərman tətbiq edilib. Dərmanın hazırda istifadə edilən antibiotiklər qədər təsirli və etibarlı olduğu deyilir.
Gülxar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?









.jpg)







.jpg)


















