Səhiyyə
Baş epidemioloq Azərbaycanda "donuz qripi"nin yayılmasından DANIŞDI
"Bu gün Azərbaycan respublikasında birmənalı olaraq donuz qripi deyə bir şey yoxdur".
Publika.az xəbər verir ki, bu sözləri ölkənin Baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransında deyib.
O, bildirib ki, bu virus törədici virusdur, insanda da, heyvanda da eyni reaksiyanı yaradır: "Bütün tibb müəssisələrində nazir tərəfindən verilmiş əmr var. Qrip kütləvi şəkildə yayılsa, ona qarşı mübarizə aparmağa tam hazırıq. Donuz qripinə qarşı hər hansi bir vaksin yoxdur. Müxtəlif bölgələrimizdə havaların soyuması ilə əlaqədar olaraq soyuqdəymə halı müşahidə oluna bilər. Dərman deposu Səhiyyə Nazirliyinin tabeliyindədir. Nazirliyin icazəsi olmadan ölkəyə dərman gətirilə bilməz. Özəl şirkətlər peyvəndi gətirsə belə onu nazirliyin tabeliyindəki müvafiq müəssisələrində qeydiyyatdan keçirməlidir".
İ.Ağayevin sözlərinə görə, heç kimə ölkəmizə giriş-çıxışla bağlı qadağa qoya bilmərik: "Bizim ölkəmizdən qonşu ölkələrə gedən şəxslərin də bu qripə yoluxmamaq ehtimalı 0-a bərabərdir. Çünki Gürcüstanda ölən 14 nəfər izolyasiya edilib. Oraya gedən turistlər həmin şəxslərlə təmasda olmayacaq".
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
