Səhiyyə
Xərçəngdən də QORXUNC XƏSTƏLİK: 24 saata öldürür - FOTO
Ət yeyən bakteriyalar nadir rast gəlinən hadisə olsa da, bu infeksiyaya yoluxan insanların 30%-i dünyasını dəyişir.
Ət yeyən bakteriya nədir və insana necə yoluxur?
Publika.az xəbər verir ki, ət yeyən bakteriyaların elmi adı “nekrotizan fasit”dir. Qısa müddətdə bədəni və əzələ səthini örtən toxumaları yox edəcək gücə malikdir. Nadirən rast gəlinsə də, ciddi sağlamlıq problemlərinə yol açır. Adətən, bu bakteriyaya yoluxan 4 insandan 1-i dünyasını dəyişir.
Konkret olaraq bilinməsə də, səhiyyə təşkilatları bu bakteriyanın çiy və ya az bişmiş dəniz məhsullarından insan bədəninə keçdiyini deyir. Bundan başqa, açıq yaranın şirin və ya duzlu su ilə təmasından sonra da bu bakteriya insan bədəninə keçə bilər.

Yoluxma riskini artıran faktorlar
- Daim dəniz və ya okean sularında üzmək
- Dəniz məhsullarının bol yeyildiyi yerlər
- Ətin yaxşı bişirilmədiyi yerlər
- İmmun sisteminin zəif olması
- Xroniki narahatlıqlara sahib olmaq
- Açıq yara
- Virusla hansısa infeksiyaya yoluxmaq
- Yenicə əməliyyatdan çıxmaq
Simptomları
Bakteriya bədənə daxil olduqdan 24 saat sonra təsirini göstərir. 30 saatdan sonra isə şiddəti artır. Qızartı, göyərmə, şişmə, bədən temperaturunun 5 dəfə artması, titrəmə, ürəkbulanma, yaşıl qusuntu və ishal bu xəstəliyin göstəriciləridir. İnfeksiya bədənin hər yerinə olduqca sürətli şəkildə yayılır. Bu durum da xəstənin şoka düşməsinə səbəb olur.
Müalicəsi
Ət yeyən bakteriyaya yoluxmaq xəstəliyində erkən diaqnoz çox önəmlidir. Müalicə nə qədər tez başlasa, ölüm riski o qədər azalır. Keçici olduğundan xəstə reanimasiya şöbəsində antibiotiklə müalicə olunmalıdır. Əməliyyat və oksigen müalicəsi isə bakteriyanın bədəndə ciddi təhlükələr yaratmasından sonra tətbiq edilir. Lakin bu xəstəliyin konkret müalicəsi yoxdur. Aparılan araşdırmalarda sarımsaq və soğanın bu xəstəlik üçün təbii müalicə metodu kimi istifadə oluna biləcəyi isbatlanıb.
Zümrüd
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?









.jpg)




.jpg)





.jpg)
















