Səhiyyə
Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa... - ÜST AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb.
Publika.az xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb.
Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib.
Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir.
Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir.
Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir.
ÜST-nın təlimatına görə, 1-2 yaş arası uşaqlar hər gün çoxlu yatmalıdır, gün ərzində 180 dəqiqə fiziki aktiv olmalıdırlar. 1 yaşlı uşaqlar ekran qarşısında heç vaxt keçirməməlidir. 2 yaşlı uşaqlar isə 1 saat ekran qarşısında qala bilər.
Yeni qaydalara görə, 3-4 yaşlı uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilər, onlar ən azı 10-13 saat yatmalıdırlar. Bu yaş qrupunda olan uşaqlar gündə ən azı 180 dəqiqə fiziki aktivliklə məşğul olmalı, minumum 60 dəqiqə açıq havada qaçıb, oynamalıdır.
Amerika Pediatriya Akademiyasının sözçüsü Cenifer Şu bildirir ki, uşağınızın gündəlik həyatını planlayarkən valideynlər bu təlimatları nəzərə almalıdır. Ekran qarşısında və oturaq həyat tərzi maksimum azaldılmalıdır.
Gülxar
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı

















.jpg)















.jpg)

