Səhiyyə
Günvurma zamanı bunları etmək lazımdır?
Son günlər paytaxt Bakıda küləkli hava şəraiti müşahidə olunsa da, bölgələrdə, xüsusilə Aran zonasında ciddi istilər müşahidə olunur və bu da günvurmalara səbəb olur.
Məsələ ilə bağlı Axar.az-a danışan həkim-terapevt Mərziyyə Məmmədova bildirib ki, günvurma əksər hallarda başıaçıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir.
“Günəş şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, başağrısı, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, qusma, bədən temperaturunun 40 dərəcəyə və daha artıq həddə yüksəlməsi kimi əlamətlər müşahidə edilir.
Ağır hallarda isə qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə Günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir”, - həkim bildirib.
M.Məmmədovanın sözlərinə görə, günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarlarını çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır:
“Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi sərin su ilə silinməlidir. Həmçinin, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya soyuq su ilə kompres qoyulmalıdır.
Bundan başqa, zərərçəkəni soyuq suda isladılmış parçaya bükmək və başına buz qoymaq olar. Temperaturu normaya çatdıqda isə quru parçaya bükmək lazımdır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)






















.jpg)
.jpg)
