Səhiyyə
Qadınları ayaq üstə saxlayan SİSTİTDƏN necə qurtulmalı? - GİGİYENA QAYDALARI...
Qadınların təqribən 40-50%-i həyatlarında heç olmasa bir dəfə kəskin sistit keçirib, 20-30%-i isə sidik yolları infeksiyalarının ilk epizodundan sonra 3-4 ay ərzində residivlə qarşılaşır. Onların 10-20%-i bütün həyatları boyu residivləşən sistitdən əziyyət çəkir. “Residivləşən sistit” diaqnozu dedikdə 6 ay ərzində sistitin 2 dəfə kəskinləşməsi və ya il ərzində 3 dəfə kəskinləşmə halı başa düşülür ki, bu da təkcə xəstələrin həyat keyfiyyətinə deyil, həm də bütövlükdə cəmiyyətə böyük sosial-iqtisadi təsir göstərir.
Sistit, xüsusilə də xroniki sistit – çox “narahat” xəstəlikdir. Tualetə tez-tez getmək həm vaxt aparır, həm də əmək qabiliyyətini aşağı salır. Zaman keçdikcə isə əsəb pozğunluğuna səbəb olur – qadın nə vaxt yenidən tualetə gedəcəyindən başqa bir şey düşünə bilmir. Uzaq səfərlərə, teatra, restoranlara, klublara, qonaqlıqlara gedişini həyatından çıxarır.
Qadınlarda sistitin yaranma səbəbləri. Sistitin “zərif cinsin” nümayəndələrində daha geniş yayılmasına səbəb, qadınlarda sidik kanalının qısa olmasıdır. Şəxsi gigiyena qaydalarına riayət etmədikdə, immunitet zəiflədikdə və xarici cinsiyyət orqanlarının quruluşundakı bir sıra anadangəlmə qüsurlarla əlaqədar sistitlə xəstələnmə ehtimalı bir neçə dəfə artır. Xroniki sistitin inkişafında və saxlanılmasında postmenapauza dövründəki atrofik prosslər də böyük rol oynayır. Sistiti adətən şərti-patogen mikroorqanizmlər – bağırsaq çöpləri və bağırsağın digər daimi “sakinləri“ törədir. Sistit sidikçıxarıcı kanala ləvazimatların yeridilməsi ilə gedən istənilən tibbi manipulyasiyalardan – yaxmanın götürülməsi, kateterizasiya, sistoskopiyadan sonra da inkişaf edə bilər.
Sistitin əsas simptomları. Sistit xəstəliyinə düçar olmuş xəstələr, sidiyə getmə zamanı ağrı, qarnın aşağı hissəsində olan və sonradan budun daxili səthinə yayılan ağrılar hiss edir. Sidiyə getmə halları tezləşir, bəzən sutkada 50 dəfədən çox olur. Bəzən, sidikdə qan da ola bilər.
Sistitin müalicə üsulları. Sistitin müalicəsi – kompleks şəkilində aparılır. Uroseptiklərin qəbulu ilə yanaşı, immuniteti və orqanizmin mikroflorasını bərpa etmək lazımdır. Təbii uroseptiklərin yan təsirlərinin olmaması, həmçinin hamilə qadınlarda və uşaqlarda istifadəsinin mümkünlüyü onlara həkim-uroloqlar tərəfindən populyarlıq qazandırmışdır. Xalq təbabətindən hamıya məlum olan və müxtəlif dərman vasitələrinin tərkibinə daxil olan mərcanı giləmeyvəsi, çox güclü təbii uroseptikdir. Onun iltihabəleyhinə, mikrobəleyhinə və sidikqovucu təsirləri vardır. Bunun sayəsində mikroblar nəinki məhv edilir, həm də sidik kisəsindən yuyulub xaric olunurlar. Mərcanı sidiyin turşuluğunu artırır, digər mikrobəlehinə preparatların təsir effktini gücləndirir.
Sistitin qarşısını necə almaq olar? Hər şeydən öncə nəinki qışda, həmçinin ilin başqa fəsillərində də orqanizmin həddən artıq soyumasına yol vermək olmaz. Kiçik çanaqda qan durğunluğuna səbəb olacaq dar geyimlər geyinilməməlidir. Şəxsi gigiyena qaydalarına riayət etmək, sidik kisəsini mütəmadi başaltmaq və həddən artıq dolmağa qoymamaq lazımdır. Özünümüalicə, rəfiqələrin məsləhəti ilə müalicə - yolverilməzdir! Düzgün və ya tam müalicə olunmamış sistit, xroniki formaya, pielonefritə çevrilə bilər ki, sonuncunu da bütün həyatı boyu müalicə etmək lazımdır. (trend)
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

