Səhiyyə
Bakıda unikal əməliyyat - Təkböyrəkli kişiyə süni sidik kisəsi qoyuldu
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. Həyata keçirilən əməliyyat ilə pasiyentdə süni sidik kisəsi yaradılıb.
Publika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, interstisial sistit xəstəliyi ilə müraciət edən hər bir xəstədə sidik kisəsini tamamilə çıxarılmır. Yalnız bu xəstəliyin terminal mərhələsində, yəni sidik kisəsi həcmini və funksiyalarını tam itirdikdə çıxarılır.
Pasiyent kişilərdə çox nadir rast gəlinən, səbəbi bilinməyən, ağır interstisial sistit xəstəliyindən əziyyət çəkib. Nəticədə onun sol böyrəyi tamamilə fəaliyyətini dayandırıb. Xəstə tək böyrəklə və böyrəklərin yükünü azaltmaq məqsədilə qoyulan nefrostoma ilə yaşamağa məhkum olub. Əməliyyata qərar verilib və xəstədə nazik bağırsaqdan süni sidik kisəsi formalaşdırılıb. Uğurla başa çatan əməliyyatdan 10 gün sonra xəstə evə yazılıb.
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

