Səhiyyə
Azərbaycan əhalisində xrom çatışmır - SƏBƏBLƏR
Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən xrom çatışmır. Xrom diabet və digər xəstəliklərin qarşısını bu element alır.
Publika.az medicina.az-a istinadən xəbər verir ki, xrom insan üçün hava-su kimi lazım olan vacib fermentdir.
O, metobolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır.
Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir.
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır.
Orqanizmdə xrom çatışmazlığının əlamətləri:
- Yorğunluq, yuxusuzluq, narahatlıq
- Baş ağrıları, spazmlar;
- Nevralgiya ağrıları;
- əzələ kordinasiyasının pozulması;
- əl-ayaqda əsmə;
- hiperqlikemiya, hipoqlikemiya
- metobolizm pozğunluğu;
- qanda triqliseridlərin və xolesterinin çoxalması;
- ürəyin işemik xəstəlikləri;
- bədən kütləsinin çox dəyişməsi – çox kökəlmə və ya arıqlama;
- kişilərdə reproduktiv funksiyasının azalması;
Orqanizm xromu su, hava, qida ilə qəbul edir.
Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur.
Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur.
Ona görə xrom şəkərli diabet xəstələrinə çox lazımdır. İstənilən şəkər xəstəsinin qanında xrom defisiti var. Bəlkə də xrom ehtiyatı kifayət qədər olsaydı, qanda qlükoza qalxmazdı, insulin pozulmazdı. Məhz bu mikroelementin çatışmazlığı diabet önü mərhələ zamanı aşkarlanmalı, qarşısı alınmalıdır.
Xrom hamilə qadınlarda da azalır. Ona görə çox vaxt hamiləlik diabeti adlanan sindrom baş verir.
Xrom lipid mübadiləsinə təsir edir, artıq piy-yağın belə deyək əridilib çıxarılmasına səbəb olur.
Ateroskleroz, damar tıxanıqlığı, işemiya kimi xəstəliklərin kökündə də xrom defisiti var.
Heyvanlar üzərində aparılmış təcrübə göstərib ki, xrom defisiti boy artımını saxlayır, sinir sistemini pozur, spermatozoidlərin keyfiyyətini azaldır.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...













.jpg)




















.jpg)
.jpg)

