Səhiyyə
Azərbaycanda sağalmış xəstələrin plazması ilə müalicəyə başlanılır - TƏBİB
2020-ci ilin mart ayından bəri pandemiya elan edilən koronavirusla mübarizə tədbirləri davam edir. 3 milyon 321 min 70 nəfər koronavirusa yoluxub və 300 min nəfər bu virusdan dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Biz dünyada baş verən prosesləri yaxından təqib edirik və rahatlaşmağa əsas yoxdur. Bütün müayinələr laboratoriyalarda davam edir. Bu həftə Sumqayıt şəhərində laboratoriya istifadəyə verildi və beləliklə bütün böyük şəhərlərdə laboratoriyalar istifadəyə verilib. Artıq 150 minə yaxın test edilib. Pozitiv test nəticəsi çıxanların təmasda olduqları şəxslər müəyyən edilərək, nəzarət altına alınıblar. E-TƏBİB məlumat bazası yoluxanların və onlarla təmasda olanların məlumatlarını toplayır".
O qeyd edib ki, xəstəxanalarda uğurlu müalicə taktikaları, ən əsası erkən müalicə tətbiq edilir: "Aşkar olunan xəstələrin müalicəsi vaxtında başlanılır və süni tənəffüs aparatına erkən qoşulmanın qarşısı alınıb. Artıq ölkəmizdə sağalanların plazmasının əldə olunması və ağır xəstələrə tətbiq edilməsinə başlanılıb. Xüsusi proqramla donorların müayinəsi aparılır və ilkin donorlardan sabahdan etibarən plazmalar alınacaq".
R.Bayramlı vurğulayıb ki, sağalanların sayı 1326 nəfərdir: "Ən yaşlı sağalan xəstəmizin 92 yaşı var".
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi




































.jpg)
.jpg)
