Səhiyyə
Ətrafınızdakıların virus daşıyıcısı olub-olmamasından BELƏ XƏBƏRDAR OLACAQSINIZ - VİDEO
Video əlavə olundu.
“E-Təbib” mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz!"
Publika.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "Facebook" səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, “E-Təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir:
"Bu tətbiq vasitəsilə Siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.
“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!
Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür".
TƏBİB tətbiqə necə qoşulma barədə də əlavə məlumat verilb:
"Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:
İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;
Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;
SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;
Bluetooth qurğusunu işə salın".
Qeyd edilir ki, “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)






















.jpg)
.jpg)
