Səhiyyə
TƏBİB-dən “Sağlam doğuş” layihəsi - FOTO
Dünyanı bürüyən koronavirus (COVİD 19) pandemiyası və torpaqlarımızın azadlığı uğrunda gedən mübarizə şəraitində ölkəmizdə yeni doğulan körpələrin və anaların sağlamlığı prioritet məsələlərdəndir. Bu məqsədlə TƏBİB cəbhəyanı bölgələrdə yerləşən 37-39-cu həftəsində olan və riskli hamiləliklə qeydə alınan şəxslər üçün “Sağlam doğuş” layihəsi həyata keçirir.
TƏBİB-dən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində cəbhəyanı bölgələrdə ( Ağdam, Bərdə, Tərtər, Cəbrayıl, Füzuli, Ağcabədi rayonları) ümumilikdə 1500 nəfərə yaxın hamilənin olduğu müəyyənləşib.
Bugünədək artıq Bakı şəhəri 5 saylı doğum evində 17, Bakı şəhəri 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında 1, Sumqayıt şəhəri 1 saylı doğum evində 21 nəfər hamiləyə doğuşayardım xidməti göstərilib.
Bununla belə, layihə çərçivəsində UNİCEF-in mütəxəssisləri Ana və Uşaq sağlamlığının qorunmasına dair həkimlərə və orta tibb işçilərinə təlim keçiblər. Təlimdə yeni doğulmuş və südəmər uşaqlar, yeni doğulmuş uşaqlara doğum evində qulluq, yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən problemlər və onların aradan qaldırılma yolları, körpə və erkən yaşlı uşaqların qidalanması barədə ətraflı məlumat verilib. Həmçinin, döşlə əmizdirmənin əhəmiyyəti və qaydaları, anaların sağlamlığı, erkən uşaq inkişafı dövrünün əhəmiyyəti barədə danışılıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

