Səhiyyə
Koronavirus qripdən necə fərqlənir?
Mütəxəssislər koronavirusa yoluxma, eləcə də koronavirusdan ölüm hallarının səbəbinin artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bir çox insanlar koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edərək, həkim nəzarəti olmadan, özlərini müalicə etməyə çalışırlar.
Nəticədə mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVİD-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.
Əldə olunan məlumata görə, bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.
Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər. COVİD-19-un simptomları yüksək hərarət və ya üşütmə, öskürək, nəfəs darlığı və ya nəfəs almaq çətinliyi, yorğunluq və zəiflik, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dad itkisi, boğaz ağrısı, burun tutqunluğu və ya axması, mədə ağrısı, ishal, ürək bulantısıdır.
Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, əzələ və ya bədən ağrısı, baş ağrısı, yorğunluqdur:
“Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!”
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

