Səhiyyə
Yoluxma sayının aşağı düşməsi rahatlıq yaratmamalıdır - Ədalət Rüstəm
“Peyvəndlənmə hesabına virus minumuma enəcək. İlin sonuna qədər vaksinasiya prosesini yekunlaşdırsaq, infeksiya demək olar ki, sıfırlanacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Həkim bildirib ki, hazırda müsbət nəticə əldə olunub və yaxın zamanlarda karantin tədbirlərində əlavə yumşalmalara da gedilə bilər:
“İnsanlarda məsuliyyət hissi var, küçələrdə maskasız adam demək olar ki, yoxdur. Bu səbəbdən əlavə yumşalma tədbirləri olacaq. Virusa yoluxmada da azalmalar müşahidə olunur və bundan sonra da olacaq. Peyvəndlənmə hesabına yoluxma minumuma enəcək. Ancaq COVID-19 qrip kimi qalacaq və mövsümi olaraq əbədi olacaq. Çünki əhalinin 100 faizinin peyvənd olunmasını təmin etmək mümkün deyil. Düşünürəm ki, 70-80 faiz əhalinin peyvəndlənməsi kifayət edəcək.
Virus həmişə olub, koronavirus da heyvanlarda olub, onlardan da insana keçib. Hələ məlum olmayan xeyli sayda virus və bakteriyalar var. Yüz min illərdir ki, onlar mövcuddur, koronavirus da bura daxildir”.
Ə.Rüstəm özünün də peyvənd olunduğunu qeyd edib və səhhətində hanısasa əks-effekt yaşanmayıb: “İkinci doza hələ ki, vurulmayıb. Mən və bütün kollektivimiz, oğlum vaksin olunub. Heç bir əks-effekt yoxdur, özümüzü normal hiss edirik. Bu prosesinin qarşısını almağın yeganə yolu vaksinasiyadır. Virusu yoluxmanı yalnız vaksin azalda bilər”.
Həkim əlavə edib ki, vaksinin ikinci dozası vurulandan sonra şəxsin virusa yoluxma ehtimalı sıfıra enir: “Ancaq buna baxmayaraq hər kəs məsuliyyətli olmalı, qorunma tədbirlərinə mütləq əməl etməlidirlər. Vaksinasiyanın başlaması, virusa yoluxma sayının aşağı düşməsi insanlarda rahatlıq yaratmamalıdır”.
Ə.Rüstəm koronavirusun yeni ştammından da danışıb. Bildirib ki, hazırda vaksinasiya aparıldığı üçün mutant virus o qədər də təhlükəli deyil: “Vaksinasiya prosesi tez yekunlaşarsa, ciddi problemə səbəb olmayacaq. Yeni ştamm güman ki, Azərbaycana daxil olub. Ancaq hələ ki, bununla bağlı rəsmi məlumat yoxdur. İnsanlar Avropadan İstanbula, oradan da Bakıya gəlir. Bu o deməkdir ki, mutant virus Azərbaycana da gəlib. Region ölkələrində - Rusiya və Türkiyəyə gəlibsə, hazırda yeni ştammın ölkəmizə gəlməsi qaçılmazdır.
Yeni ştammı təyin etmək üçün xüsusi laboratoriya olmalıdır. Bu, bizdə yoxdur. Onları müəyyən etmək üçün əlavə vasitələr də lazımdır ki, bu da hələ ki, ölkəmizə gəlməyib”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
