Səhiyyə
Vaksin olunduqda bu risk aşağı düşür - Həkim
“Ölkəmizdə vaksinasiya prosesinin aparılmasını müsbət qiymətləndirirəm. Xəstəxanamıza da peyvəndlənmə ilə bağlı axın var. İnsanlar bizimlə təmasda olurlar, bir çoxu ilə əlaqələrimiz var. Hamımız da bilirik ki, bu gün bu bəla ilə ən effektiv mübarizə yolu məhz vaksin olunmaqdır”.
Bunu Publika.az-a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Cəmilə Həmidova deyib.
Həkim özünün də peyvənd olunduğunu, heç bir əks təsir görmədiyini bildirib: “Birinci doza vurulub, ikinci doza isə fevralın 23-də vurulacaq. Əslində, gözləyirdim ki, vaksin mənə bir qədər təsir edə bilər. Ancaq heç bir əks effekti olmadı. Hazırda xəstəxanamızda vaksinasiya prosesi davam edir. Həkimlərin vaksinasiyaya ilk cəlb olunması insanlarda etibar yaradıb. Əksər şəxslər deyirlər ki, həkimlər də peyvənd olunubsa, biz də ola bilərik. Bu baxımdan güvən var”.
C.Həmidova vaksinasiya ilə bağlı maarifləndirmə işinin də aparıldığını qeyd edib: “Mən COVID-19-a yoluxmuşam, xəstəliyi ağır keçirdim, hətta xəstəxanada ölüm-dirim savaşı verirdim. Bədənimdə 10,5 faiz antitel olmasına baxmayaraq, vaksin olundum. Bəzi adamlar yoluxduğuma baxmayaraq nə üçün peyvənd olunduğumu soruşurdular. Hər kəsə başa salırdım ki, antitelin qalması müəyyən müddətlikdir. Çünki sonra yenə yoluxma riskimiz var. Vaksin olunduqda isə bu risk xeyli aşağı düşür”.
Həkim vaksin olunmaq üçün könüllü müraciət edənlərin də olduğunu əlavə edib: “Bizdən soruşurlar ki, növbədənkənar necə peyvənd oluna bilərik. Maraq böyükdür. Ancaq hələ də tərəddüd edənlər var. O qədər anti-təbliğat aparırlar ki, insanlarda şübhə yaranır. Lakin sonda başa düşürlər ki, vaksin vacibdir. Xəstəxanamızın baş həkimi, şöbə müdirləri də vaksin olunub və bu, hər kəsdə əminlik yaradır”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)


















.jpg)
.jpg)

