Səhiyyə
Gəlib müraciət edirlər ki, peyvənd olunmaq istəyirik - Həkim
“Vaksinasiya virusla mübarizədə hazırda ən effektiv üsuldur. Yanaşı xəstəliyi olan insanlarda COVID-19 çox ağır formada keçir. Bunun qarşısını almaq üçün hər kəsin vaksinasiyaya cəlb olunması lazımdır”.
Bunu Publika.az-a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Yaqut Abdullayeva deyib.
O bildirib ki, insanlar vaksinasiyaya cəlb olunmalıdır ki, onlarda virusa qarşı immunitet formalaşsın: “Hazırda müəyyən yaş qruplarında bu proses aparılır. Dünəndən başlayaraq 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıb. Özüm də müəyyən yaş həddindəyəm və peyvənd olunmuşam. Fevralın 24-ü ikinci doza vurulacaq. Xəstəxanamızda da bütün həkimlər peyvənd vurdurublar. Mən əks effektini görməmişəm. Əhalini də dəvət edirik ki, bu, mütləqdir. Özüm şəkər xəstəsiyəm, yüngülvari nəsə narahatlıq hiss etdim, yarım saat sonra keçdi, hər şey qaydasındadır. Bu da xəstəliyimə görə normaldır. Sonra özümü çox yaxşı hiss etdim”.
Y.Abdullayeva qeyd edib ki, vaksin olunan şəxslər həkim nəzarətində otururlar, bir müddət reanimotoloq və terapevtlər onların səhhəti ilə maraqlanır: “Buna görə də peyvənd olunmağın heç bir qorxusu yoxdur. İlk olaraq öz ailə üzvlərimə, yaxınlarıma məsləhət görürəm, sonra da bütün əhaliyə ki, vaksin olunmaq vacibdir. Hazırda xəstəxanamızda vaksinasiya prosesi aparılır, insanlar gəlirlər, lakin bəzi ağır xəstəliyi olanlar, əməliyyatdan yeni çıxan şəxslər var ki, onlar da müəyyən vaxtdan sonra gələcəklərini əvvəlcədən bildirirlər. Könüllülərin də sayı çoxdur, özləri gəlib müraciət edirlər ki, vaksin vurdurmaq istəyirik. Biz də müəyyən yaş aralığı ilə hər kəsin peyvənd olunacağını bildiririk”.
Akqabay Mıradov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






