Səhiyyə
Bütün vətəndaşların peyvənd olunması zəruridir - Yunus Oğuz
Xəbər verdiyimiz kimi, bu gün siyasi partiyaların nümayəndələrinin və sədrlərinin vaksinasiyası həyata keçirilib.
Publika.az xəbər verir ki, partiya nümayəndələri peyvəndlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüblər.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov vətəndaşları şaiyələrə inanmamağa, peyvənd olunmağa çağırıb: "Heç nə hiss olunmadı, özümü çox yaxşı hiss edirəm. Sənədləşdirmə aparılır, peyvənd vurulur. Hesab edirəm ki, burada çəkinəcək heç nə yoxdur. Peyvənd olunmalıyıq. Bu, bütün dünyanın problemidir. Bütün dünya bu işlə məşğul olur. Yayılan şayiələrə, yalanlara fikir verməyək. Bizi qarşıda böyük işlər gözləyir. Böyük qələbə qazanmışıq, hər birimiz səhhətimizi qorumalıyıq. Xalqımız vaksinasiyadan çəkinməməli, sağlamlığını qorumalıdır. Hesab edirəm ki, burada özümüz təşəbbüs göstərməliyik".
İxtisasca həkim olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər peyvənd olunmağın sosial məsuliyyət olduğunu vurğulayıb: "Peyvəndin ilk dozası artıq vuruldu. Bu, çox yerində olan təşəbbüsdür. Ölkəmizə gətirilən vaksin inaktiv, daha təhlükəsiz vaksindir, ənənəvi üsulla hazırlanıb. Digər vaksinlərlə müqayisədə təhlükəsiz olması, saxlanması üçün xüsusi şəraitin tələb olunmaması, daşınmasının asan olması üstün tərəfidir. İşin təşkilini müsbət qiymətləndirirəm. Bütün vətəndaşlarımızı aparılan əks təbliğata baxmayaraq, bir həkim kimi peyvənd olunmağa dəvət edirəm. Könüllü olsa da, sosial məsuliyyət olmalıdır. Peyvənd olunmayan həm özü xəstələnə, həm də xəstəliyin daşıyıcısı ola bilər".
Azad Demokratlar Partiyasının sədr müavini İlham Baratov da vaksinasiya prosesini müsbət qiymətləndirib: "Qaydalara uyğun olaraq müraciət etdik. Heç bir məcburiyyət olmadan gəlib peyvənd olunduq. Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Prosesi müsbət qiymətləndirirəm. Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram".
Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz sağlamlıq üçün vaksinasiyanın vacib olduğunu deyib: "61 yaşım var, özümü yaxşı hiss edirəm. Vaksinasiya pul verməklə olunmur. Qeydiyyatdan keçib, peyvənd olunursan. Düşünürəm ki, bu hər kəsə lazımdır. COVID-19 böyüməsin, əhali sağlam olsun deyə vaksinasiya hökmən lazımdır".
Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov vaksinasiyanın pandemiyaya qalib gəlmək üçün tək yol olduğunu deyib: "Öz partiya yoldaşlarımla birlikdə könüllü surətdə gələrək peyvənd olunduq. Bu prosesi xalqımızın hər bir nümayəndəsi qəbul etməlidir. Vaksinlərin gətirilməsində, onların xərcində Prezidentin çox böyük köməyi var. Hər zaman partiyamızla birlikdə dövlətin bütün tədbirlərində iştirak etməyə hazırıq. Bu gün gələnlər partiyamızın Siyasi Şurasının üzvləridir. Xalqıma səslənirəm, hər kəs bir nəfər kimi peyvənd olunsun. Çünki bu, pandemiyanın qarşısını alır".
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp































.jpg)



.jpg)

