Səhiyyə
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.
Publika.az-ın Trend-ə istinadla məlumatına görə, bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.
2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil etmişdir ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


