Səhiyyə
COVID-19 vaksini ilə bağlı ümidverici xəbər: 12 həftə fasilə ilə...
İngiltərənin Birmingham Universiteti tərəfindən aparılan araşdırma zamanı Almaniya istehsalı olan "Pfizer/BioNtech" peyvəndinin iki dozasını 12 həftə fasilə ilə qəbul edən 80 yaşdan yuxarı şəxslərlə 3 həftə fasilə ilə qəbul edənlər arasında müqayisə aparılıb. Məlum olub ki, 12 həftə fasilə ilə tətbiq edilənlərdə 3,5 dəfə çox COVID-19 antiteli formalaşıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmada 80 yaşdan yuxarı 175 nəfərə 3 və ya 12 həftəlik fasilələrlə COVID-19 əleyhinə peyvənd tətbiq olunub.
Daha uzun müddət gözləyən xəstələrin bədənlərində ikinci peyvənd dozasından sonra daha çox antitel aşkarlanıb.
Tədqiqatçılar 12 həftə fasilə ilə tətbiq olunan peyvəndlənmədə COVID-19-a qarşı immunitetin daha uzun müddət davam edə biləcəyi ehtimalının olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparılmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, İngiltərədə vaksinin məhdud sayda olduğu dekabr ayında daha çox insana ilk dozanın çatdırıla bilməsi üçün iki doza arasındakı fasilənin 12 həftəyə qədər artırılmasına icazə verilmişdi.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)


















.jpg)
.jpg)

