Səhiyyə
Yoluxanların 96 faizi peyvənd olunmayanlardır - TƏBİB rəsmisi
"Bu gün 18 pandemiya xəstəxanası fəaliyyət göstərir ki, onların 11-i Bakıda, 7-i regionlardadır. Ümumilikdə respublikamızda 40-a yaxın pandemiya müəssisəsi bu günədək fəaliyyət göstərib. Əgər avqustun birində xəstəxanalarda 808 xəstə var idisə, bu gün bu say 2458-ə çatıb".
Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, sürətli artım ciddi şəkildə qaydalara riayət etməli olduğumuzu göstərir: "Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır. Bəzən bir regionun daxilində 2-3 pandemiya xəstəxanası olduqda, digər xəstələr xəstəxanaya yaxınlaşmaqda çox ciddi əziyyət çəkir. Buna görə də digər xəstəxanaların pandemiya müəssisəsinə çevrilməsi doğru deyil. Nəzərə alaq ki, personal bir ildən artıqdır ki, çox ciddi rejimdə çalışırlar".
Y.Qarayeva qeyd edib ki, COVID-19-a yoluxan şəxsin hansı simptomları yaşayacağı haqqında artıq məlumatlar var: "Mart ayından bu günə qədər yoluxan insanlar arasında statistik araşdırma aparılıb. Bu statistika göstərir ki, yoluxan insanlar arasında 96 faiz şəxs peyvənd olunmayan xəstələrdir. Bu, çox ciddi rəqəmdir. Süni tənəffüs aparatına qoşulan xəstələrin 97 faizi peyvənd olunmayanlardır. Vəfat edənlərin arasında isə 99 faizi vaksin olunmayan şəxslərdir".
Yaqut Qarayeva əlavə edib ki, vaksinasiya 100 faiz effektiv deyil: "Bu gün ölkəmizdə peyvənd olunanların sadəcə 0,6 faizində yoluxma nəticəsində qospitalizasiya müşahidə olunub".
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU

































.jpg)



