Səhiyyə
Rezidenturaya qəbulla bağlı VACİB MƏLUMAT
2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 yerdən ibarətdir. Onlardan 32 yer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sistemləri üzrə) və 20 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu barədə “Rezidentura jurnalının 3-cü nömrəsində məlumat verilib. Bildirilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının plan yerlərini yalnız həmin universitetin məzunları seçə bilərlər.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi əsasında, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yalnız ödənişli əsaslarla həyata keçirilir. Təhsil forması əyanidir, tədris Azərbaycan dilində aparılır. Bütün ixtisaslara müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində 2021/2022-ci tədris ili üzrə rezidenturaya qəbul planının klinik bazalar üzrə paylanması verilib.
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA


















.jpg)









.jpg)







.jpg)