Səhiyyə
Bu halda əhalinin məcburi peyvəndlənməsi aparıla bilər - RƏSMİ
Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı bir sıra fikirlərə aydınlıq gətirmək istəyirəm. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda göstərilir ki, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.
Publika.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

V. Qasımov bildirib ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə də baxmaq mümkündür”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)






















.jpg)
.jpg)
