Səhiyyə
Vaksinasiya ilə bağlı yeni kampaniya - VİDEO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün üçüncü təbliğat kampaniyasını həyata keçirir.
TƏBİB-dən Publika.az-a verilən məlumata görə, həm “Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası, həm də onun davamı olan “Birimiz hamımız üçün peyvənd olunaq” çağırışı pandemiya ilə mübarərizənin ən təsirli yolunun vaksinasiya olduğunu göstərdi.
Hazırda isə 3-cü dozanın əhəmiyyətindən bəhs edən “Peyvəndlə güclənək, qalib gələk” şüarı ilə davam edən təbliğat kampaniyasında COVID-19 pandemiyasından tamamilə xilas olmağın yeganə yolunun gücləndirici doza ilə peyvəndlənmək olduğu göstərilir.
Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında 2 doza peyvənd olunan şəxslərin 3-cü doza ilə güclü immunitet qazanaraq COVID-19 pandemiyasına qalib gəlmələri əks olunur.
Kampaniya çərçivəsində işıq üzü görən videoçarxda fərqli yaş, peşə, həyat tərzinə malik hər bir şəxs üçün 3-cü dozanın həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.
"Əsas mesaj isə ondan ibarətdir ki, uzun müddətdir mübarizə apardığımız pandemiya üzərində qələbə qazanmağın yeganə yolu vaksinasiya ilə immuniteti gücləndirməkdir. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvəndlə güclənək, qalib gələk!
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb”, - TƏBİB-dən bildirilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)




















.jpg)

.jpg)