Səhiyyə
Payızın əvvəlində vəziyyət pisləşə bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Əvvəlcədən də proqnoz vermişdik ki, payızın əvvəlində vəziyyət pisləşə bilər. Eyni zamanda qeyd etməliyəm ki, indiyədək epidemioloji vəziyyət nəzarət altında saxlamağa nail olmuşuq.
Publika.az xəbər verir ki, bu sözləri infeksionist Təyyar Eyvazov Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda deyib. Mütəxəssis qeyd edib ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycandan da təsirsiz ötüşməyəcək:
“Təəssüf ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. Bu, gözlənilən hal idi. Qorunma üsulları eyni olaraq qalır, xüsusilə yaşlı insanlar, həm də onların ətrafındakılar diqqətli olmalıdır. Sosial məsafəyə diqqət yetirməli, gigiyenik qaydalara əməl etməliyik. Əlbəttə, buster dozaya qətiyyən laqeyd yanaşmaq olmaz. Mövcud peyvəndlər müəyyən qədər insanları xəstəliklərdən qoruya bilir”.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































