Səhiyyə
Payız XƏSTƏLİKLƏRİ - Həkim MÜALİCƏ YOLLARINI göstərdi
“Payız mövsümündə havaların soyuması immunitetin aşağı düşməsinə və orqanizmin müdafiə qabiliyyətinin zəifləməsinə səbəb olur. Buna görə də hava-damcı yolu ilə yayılan qrip və virus infeksiyaları daha da aktivləşirlər və orqanizmə tez yoluxurlar. Bu mövsümdə revmatizm xəstəlikləri də artmağa başlayır”.
Bunu Publika.az-a söyləyən daxili xəstəliklər üzrə həkim-mütəxəssis Nəbi Absalamov bildirdi ki, isti aylarda immunitet güclü olduğu üçün bu infeksiyalara yoluxma azalır:
“Əgər yay mövsümündə kimsə hansısa infeksiya ilə qarşılaşırsa, immunitet güclü olduğu üçün xəstələnmir. Yay mövsümünün öz xəstəlikləri var və bunlar daha çox qidalar vasitəsilə yayılır. Amma payız mövsümü belə deyil. Müqavimət zəif olduğu üçün orqanizm virusa tez yoluxur və bəzi xəstəliklər yaranır”.

Həkim bildirdi ki, bu gün Azərbaycanda xəstəliklərin müalicəsi ilə bağlı yanlış fikirlər formalaşıb:
“Vətəndaşlarımız elə bilir ki, “vitamin-C” və digər vitaminlərdən, eləcə də müxtəlif sistemlərdən və dərmanlardan istifadə etməklə virus və xəstəliklərdən qoruna bilərlər. “Vitamin-C” ölkəmizdə çox məşhurdur və hamı ondan istifadə edir. NEM (New England of Medicine) təşkilatının yaydığı son hesabata görə, bu vitamindən çox istifadə etmək ölüm riskini artırır”.
Nəbi Absalamov vurğuladı ki, xəstəliklərdən qorunmaq, immuniteti gücləndirmək üçün müxtəlif adda dərman preparatları var:
“Əhali arasında bunlardan çox istifadə olunur, amma heç biri immuniteti qaldırmır. Onların hamısı firma dərmanlarıdır və Avropada, dünyanın bəzi ölkələrində qadağan olunub. İmmuniteti qaldırmaq üçün yalnız düzgün qidalanmaq, vaxtında yatmaq və mütamadi idmanla məşğul olmaq lazımdır. Başqa dərmanlar və sistemlər heç bir halda immuniteti qaldırmır. İnsan orqanizmində immunitet elə qurulub ki, kənardan müdaxilədə o, zəifləyir və virusa yoluxma halları artır”.
Həki onu da qeyd etdi ki, əgər payız mövsümündə kimsə tez-tez qripə yoluxursa və immunitetinin zəiflədiyini hiss edirsə, maskadan istifadə etsin:
“İndiki vəziyyətdə maska taxmaq virusdan qorunmağın ən yaxşı yoludur. Əsasən də əhalinin sıx olduğu yerlərdə, qapalı məkanlarda, ictimai nəqliyyatda maskadan istifadə olunsun. Bu, bütün dünyada qəbul olumuş ən doğru vasitədir”.
Rövşən Ziya
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
















.jpg)


















.jpg)
.jpg)
