Səhiyyə
Hava kəskin dəyişir: Nə etməli? – Həkim MƏSLƏHƏTİ
“Hava şəraiti kəskin dəyişəndə meteohəssas və allergik, təzyiq, ürək-damar kimi xroniki xəstəlikləri olan insanların orqanizmində müəyyən təbəddülat baş verir. Sabahdan temperatur 10-12 dərəcə aşağı düşəcək, bu da orqanizm üçün bir növ stressdir. Bunu müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar nəzərə almalıdır”.
Bu barədə Publika.az-a danışan həkim-terapevt Arzu Hüseynovanın sözlərinə görə, xroniki xəstəlikləri olanlar əvvəlcədən tədbir görməlidirlər:

“Belə insanlar evdən çıxmamalı, qəbul etdikləri dərmanları yanlarında saxlamalı, səhhətində problem yaranan kimi qəbul etməlidir. Həddən artıq qidalanmaq düzgün deyil, Maksimum dərəcədə meyvə-tərəvəzdən istifadə etsinlər, yüngül, amma tez-tez qidalansınlar, yuxu rejiminə riayət etsinlər, gecələr vaxtında yatsınlar. Mütləq vitamin və əsəb sakitləşdirici dərmanlar qəbul etsinlər. Belə hallarda bəzi insanlar heç bir səbəb olmadan təlaşa düşürlər. Özlərini maksimum dərəcədə sakit saxlasınlar. Pnevmaniyası, eləcə də yaşla bağlı oynaqlarında ağrıları olan şəxslərdə müəyyən dəyişiklik əmələ gələ bilər”.
Həkimin sözlərinə görə, belə xəstələr ilk növbədə soyuq havadan qorunmalıdırlar:
“Ümumiyyətlə, soyuq mövsümdə isti paltar geyinməli, maksimum dərəcədə tərləməməyə çalışmalıdırlar. Ev şəraitində qalsalar, temperatur dəyişikliyini hiss etməyəcəklər. Müsbət emosiya yaradan musiqilərə qulaq assınlar, yaxud əyləncəli filmə baxsınlar. Bir də sinir siteminə təsir edən, güclü stress yaradan mənfi informasiyaları dinləməsinlər. Yeri gəlmişkən, bu məsələdə ailə üzvlərinin üzərinə böyük məsuliyyət düşür”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


