Səhiyyə
Karantin rejimi bu halda ləğv oluna bilər - Müşfiq Məmmədli
“Karantin rejimini uzatmaq və ya ləğv etmək üçün həm ölkəmizdəki, həm qonşu dövlətlərdəki, həm də daha çox Avropadakı epidemioloji vəziyyətə diqqət edib ona uyğun şəkildə qiymətləndirmə aparmalıyıq”.
Bunu Publika.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Millət vəkilinin sözlərinə görə, qiymətləndirmələrə əsasən demək mümkündür ki, Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, stabilləşməyə doğru gedir, pandemiya ilə mübarizə uğurla nəticələnib:
“Amma qonşu ölkələrdəki ümumi vəziyyət və Avropada yoluxmanın bir qədər artması müəyyən narahatlığa əsas verir. Bununla yanaşı, havaların soyuq keçməsi, respirator xəstəliklərin artması zəifləmiş immuniteti olan insanların COVID-19-a yoluxmasına gətirib çıxara bilər. Ona görə də diqqətli olmaq lazımdır. Karantin rejiminin uzadılması bu baxımdan önəmlidir. Bu, həm də artıq yumşaldılmış karantin rejimidir. Bizim az müddət ərzində diqqətli olmağınız uzun zaman kəsimində risklərin qarşısını alacaq”.
M.Məmmədli qeyd edib ki, insanların həyatına təhlükə yoxdursa, yoluxma riskləri aradan qalxıbsa, bu proseslərin gedişində əldə olunan müsbət nəticələrə tam əmin olduqdan sonra karantin rejimi tamamilə ləğv edilə bilər:
“Bu, qonşu ölkələrdəki epidemioloji durumla da çox bağlıdır. Çünki Azərbaycan təcrid olunmuş mühitdə deyil, biz həmin prosesləri də nəzarət altında saxlayıb ona uyğun qərarlar verə bilirik. Ümumi stabilləşmə olduqdan sonra artıq karantin rejiminin ləğvi barədə danışmaq olar”.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
