Səhiyyə
Vüqar Qurbanovdan yeni təyinatlar - FOTO
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar olub.
Publika.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.
Ruslan Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini təyin edilib. O, bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində çalışıb.
Anar Məmmədov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri təyin olunub. O, bundan əvvəl Akademik Z. Məmmədov adına xəstəxananın uzman həkim-uroloqu kimi fəaliyyət göstərib.
Əmiralı Yusifov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsinə təyin olunub. Ə.Yusifov bundan əvvəl adıçəkilən tibb müəssisəsinin rəhbəri vəzifəsini icra edib.
Eyni zamanda, Vüqar Qurbanovun əmri ilə Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri vəzifəsini icra etmək Azad Quliyevə həvalə olunub. O, bundan əvvəl Abbas Səhhət adına xəstəxanada həkim-cərrah kimi fəaliyyət göstərib.
Bu gün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov yeni təyinatları kollektivə təqdim edib. ("Qaynarinfo")
-
Sosial22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı







.jpg)




.jpg)
.jpg)
.jpg)
.webp)


















.jpg)



