Səhiyyə
Müdafiə Nazirliyinin tibb personalının bir qismi Türkiyədən gəlir - FOTO
Azərbaycan Müdafiə Nazirliyinin Türkiyədəki bir qrup həkiminə təşəkkürnamələr verilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva tviterdəki hesabına yazıb.
Konsul qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinin tibb personalının bir qismi Türkiyənin İstanbul şəhərindən Bakıya yola salınır.
Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Xarici İşlər İdarəsi həkimlərə təşəkkürnamə təqdim edib: “İnsanların həyatını xilas edən qəhrəmanlarımıza sonsuz təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. O cümlədən Müdafiə Nazirliyinin hərbi həkimləri qardaş ölkəyə yola düşüblər.
-
Nəqliyyat14:57AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video
-
Sosial14:36Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - VİDEO
-
İKT12:15"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
Sosial12:06Pensiya alanların nəzərinə
-
Nida Xəbər 11:30Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir
-
Nida Xəbər 10:36İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov
-
Yaxın Şərq10:12İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb
-
Region10:00Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO

















.jpg)






.jpg)











