Səhiyyə
Azərbaycanda bu xəstəlik yoxa çıxdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və Tacikistanı malyariya xəstəliyindən azad ölkə elan edib.
Publika.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa ofisinin "Twitter" hesabında məlumat yayılıb.
"Bu uğur səhiyyə işçilərinin fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub", - açıqlamada deyilir.
Xatırladaq ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.
Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.
Ölümcül qlobal xəstəliklərdən biri olan malyariya xüsusilə Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir.
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...





































