Səhiyyə
Evinin qarşısında güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı - FOTO/YENİLƏNDİ
Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.
Publika.az xəbər verir ki, bu barədə oxu.az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.
xxx
23:34 - 29.03.23
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
Publika.az "Report"a istinadla xəbər verir ki, deputat hazırda əməliyyat olunur.
Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.
Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar




































