Səhiyyə
Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır"
"Bəzən dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı müraciətlər alırıq".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların tapılmamasıdır.
"Dövlət tibb müəssisələrində stasionar müalicə zamanı dərman vasitələri dövlət tərəfindən qarşılanır. Lakin ambulator müalicədə dərman təminatı zəifdir. Dərmanların qiymətlərinin yüksək olması çoxsaylı narazılıqlara səbəb olur. Bunlar hamısı nəzərə alınmalıdır. Bu məsələ ilə əlaqəli TƏBİB rəhbərliyi ilə danışıqlar aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin. Təbii ki, bu məsələnin həlli böyük ödəniş tələb edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunun imkanları günü-gündən genişlənir. İlk olaraq qazi və şəhid ailəsinin üzvləri, sonrakı mərhələdə isə əlil və təqaüdçülər üçün bu imkan yaradılsın”.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar




































