Sosial
Qız övladları olan valideynlər cərimələnə bilər, əgər...
Azərbaycanda uşaqlarını asılı vəziyyətdə saxlayan, qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi təklif edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, hazırda Cinayət Məcəlləsində qadınları nikaha daxil olmağa məcbur etmə ilə bağlı xüsusi maddə (176-1 maddə) var.
Komitə rəsmisi hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə bir sıra hallarla bağlı əlavələrin edilməsi vacibdir:
“Bəzən görürük ki, ailədə qadınlara qarşı ayrı-seçkilik edilir. Onları nikaha qədər və nikahdan sonra idmana və s. yerlərə buraxmırlar. Qızının (o cümlədən oğlunun) orta təhsil almasına imkan verməyən, qızını cəmiyyət arasına buraxmayan, onu asılı vəziyyətdə saxlayan valideynlərlə bağlı məsələlərin İnzibati Xətalar Məcəlləsində əks etdirilməsi vacibdir. Bu halların kim tərəfindən törədilməsinin fərqi yoxdur. Bu halları ata, qardaş, ər də edə bilər. Bu baxımdan belə hallar məcəlləyə xüsusi hallar kimi əlavə edilməli, qohumluq münasibətləri həmin müddəalarda ağırlaşdırıcı hal kimi göstərilməlidir. Çünki psixoloji zorakılığı qohum törətdikdə zorakılıq qurbanı olan şəxs həm qohumlardan, həm də ətraf aləmdən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur olur”.
E.Səfərov qeyd edib ki, sadalanan məsələlərlə bağlı artıq Komitə tərəfindən təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanmasında məqsəd məişət zorakılığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir.
-
Dünya19:48Faciə qurbanlarının qalıqları kiçik qutularda qohumlarına təhvil verildi
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı


















.png)
.jpg)














