Sosial
"Bu il “Şimal-2” elektrik stansiyasının açılışı nəzərdə tutulur" - Yəhya Babanlı
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin konseptual çıxışı, həm giriş nitqi, həm də yekun nitqi, energetika sektoru ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün tapşırıq və tövsiyə əhəmiyyətlidir. Bu çıxışdan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi vacib xarakterli daşıyır".
Publika.az xəbər verir ki, bu sözləri “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib. O bildirib ki, Enerji təhlükəsizliyinin tam təmin edilməsi, elektrik enerjisi ilə bağlı heç bir problem olmaması prinsipinin qorunub saxlanılması ilə yanaşı, ehtiyat generasiya güclərinin yaradılması və ixrac potensialının artırılması istiqamətində görülən müvafiq tədbirlər davam etdirilir:
"Bu il “Şimal-2” elektrik stansiyasının açılışı nəzərdə tutulur. Bu, paytaxt və ümumilikdə, Abşeron yarımadası üçün mühüm əhəmiyyətli bir layihədir. Çünki, inzibati baxımdan strateji mahiyyət kəsb edən paytaxt Bakıda bu həcmdə gücün yaradılması zəruridir və olduqca faydalıdır. Stansiyanın generasiya gücü 400 meqavatdır. Bu böyük generasiya gücü olan stansiyadır, bu da bizə yeni imkanlar verəcək və ən əsası ixrac potensialımızı artıracaq. Hazırda stansiyada tikinti işləri mövcud qrafikə uyğun aparılır".
Könül Cəfərli
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır











.jpg)
.webp)






















