Sosial
"Xızıda Cəfər Cabbarlı günü" keçirilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği” layihəsi həyata keçirilir.
Birlikdən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində iyunun 8-də Xızı şəhərində "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib. Təşkilatın sədri Qəmər Bağırova bildirib ki, tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır. Tədbirdə ziyalılar, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər Mədəniyyət və Sumqayıt regional Mədəniyyət İdarələrinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, müxtəlif ali məkltəb və təhsil ocaqlarının müəllim və tələbələri, teatr və kino xadimləri iştirak ediblər. Proqrama uyğun olaraq, əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olunub. C.Cabbarlı Parkında böyük dramaturqun abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anılıb. Sonra qonaqların Ev Muzeyini ziyarət ediblər. Layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası, eləcə də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun alimləri öz çıxışlarında C.Cabbarlı bədii irsi ilə bağlı yeni tədqiqatları haqqında qonaqlara maraqlı məlumatlar veriblər. Böyük yazıçının 120 illiyi ilə bağlı respublikanın müxtəlif sənət və təhsil ocaqlarında təşkil olunan yubiley tədbirləri haqqında öz fikirlərini bölüşüblər. C.Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa ediblər, sənətkarın şeirlərinə yazılan mahnıları səsləndiriblər.
Eləcə də tədbir ədəbi-bədii proqramla davam etdirilib. Sonda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylanıb. Qeyd edək ki, tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı üzrə nümayəndəsi Mövsüm Bağırov, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Tahirə Məmməd, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Rasim Nəbioğlu, sənətşünaslıq üzrə fələsəfə doktoru Zülfiyyə Eldarqızı, Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar artist Rəşad İlyasov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri çıxış ediblər.
-
Dünya07:55İran NATO-nun Viktoriya bazasına hücum etdi
-
Region07:15Xamenei haqqında bilmədiyiniz şok faktlar - Video
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik































.jpg)
.jpg)




