Sosial
Əsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZ
30 il sonra planet sakinlərinin sayı 2 milyard artacaq və 9,7 milyarda çatacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin məruzəsində deyilir.
Hindistan əhalinin sayına görə tezliklə Çini ötəcək.
“Bu gün Birləşmiş Millətlər Təşkilatının yeni məruzəsinə əsasən, hazırda 7,7 milyard olan dünya əhalisi 2050-ci ildə 9,7 milyarda qədər artacaq”, - sənəddə deyilir.
Yüzilliyin sonunda dünya əhalisi 11 milyarda çata bilər.
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentin əhali şöbəsi qeyd edir ki, dünya əhalisi ömrün uzunluğunun artması və doğum sayının azalmasına görə qocalır. Əhalisi azalan ölkələrin sayı artır.
Məruzədə qeyd edilir ki, 2050-ci ildə doqquz ölkə dünya əhalisinin yarısından çoxunu təşkil edəcək: Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ.
“Hindistan 2027-ci ildə proqnozlara görə, dünyada ən sıx məskunlaşmış ölkəsi olan Çin ötəcək”, - tədqiqatçılar qeyd edirlər.
Məhsuldarlığın qlobal əmsalı – bir qadına düşən doğuş 1990-cı ildə 3,2 olduğu halda 2019-cu ildə 2,5-ə qədər azalıb. Proqnozlara əsasən, 2050-ci ildə bu göstərici 2,2 olacaq.
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi











.jpg)
























