Sosial
Bakıda antisanitar şəraitdə qənd istehsal edilir - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.
AQTA-dan Publika.az-a verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Nərimanov rayonu, İslam Abışov, ev 6 ünvanında yerləşən fiziki şəxs Novruzov Əbdulla Əmir oğluna məxsus “Araz” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.
Baxış zamanı sexdə məhsulların istehsalında sanitariya-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Sexdə preslənmiş kəllə qəndin istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, bişmə prosesi təbii qaz vasitəsi ilə həyata keçirilsə də, təhlükəsizlik tədbirlərinin görülmədiyi, istehsal sahəsinə daxil olan suyun toksikoloji, mikrobioloji müayinələrinin aparılmadığı aşkar edilib.
Məlum olub ki, şəkər tozu təmizlənmədən birbaşa bişmə qazanına daxil edilir, qarışdırıcı qazandan preslənmə qurğusuna tökülən şəkər kütləsinin nəmliyinin kütlə payı müəyyənləşdirilmir, bişmə prosesində ticarət şəbəkələrindən qayıdan, üzərində yararlılıq müddəti qeyd olunmayan, antisanitar şəraitdə saxlanılan qəndlərdən istifadə edilir.
Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Qənd məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)