Sosial
Nazirlik 47 nəfərə avtomobillərin açarını təqdim etdi - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Publika.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından danışıb. O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi ilə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinət 50 faiz, eləcə də tələbələrin təqaüdləri.ciddi şəkildə artırılıb, problemli kreditlərlə bağlı narahatlıq aradan qaldırılıb.
Nazir müavini qeyd edib ki, bu tədbirlərin əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının hər il daha da artırıldığını vurğulayan A.Kərimov cari ildə Prezidentin aylıq təqaüdünün şəhid ailələri üçün 300 manata çatdırılmasının, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının sosial islahatlar paketinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, I qrup əlilliyi olanlara qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib. A.Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. Dövlət başçısının Sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər. Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq güclənməsinə, həmçinin, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Foto: Pərviz Həşimi
-
ABŞ02:19İranın 10 bəndlik planı zibil qutusuna atıldı - ABŞ
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məlumatlar üzə çıxacaq
-
Nida Təhlil 8 Aprel 23:55Hörmüzdə strateji oyun: İran əsas rıçağını saxlaya biləcəkmi?
-
İqtisadi gündəm8 Aprel 20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region8 Aprel 19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə8 Aprel 18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal8 Aprel 18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya8 Aprel 16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...




































