Sosial
Azərbaycanda bu şəxslərin küçəyə çıxması LƏĞV EDİLİR - - VİDEO
Video əlavə olunub.
xxx
Bu gündən karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılıb.
Təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən aprelin 9-dan etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunub:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunub ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər.
Qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat verilməsinə başlanılıb.
-
Magazin106:16Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı - VİDEO
-
Magazin203:13Bikinidə sal daş üzərində uzanıb poza verdi - FOTO
-
Səhiyyə02:42Arıqlamağın əsas düşməni - Populyarlığın arxasında sağlamlıq üçün ciddi təhdidlər gizlənir
-
Səhiyyə01:41Nadir Burbon virusunun yayılma riski var? - ÜST-dən AÇIQLAMA
-
Region00:30Özgür Özelin toxunulmazlığının ləğvi tələb edildi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ciddi maskanı bir kənara qoyun və...
-
Magazin14 Avqust 23:00Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO
-
Hadisə4 Avqust 22:36Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO











.jpg)











.jpg)
.webp)


.jpg)
.jpg)
.jpg)





