Sosial
Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI
Operativ Qərargah tərəfindən mayın 1-də əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Mayın 4-dən isə ölkədə bir sıra əhəmiyyət kəs edən iş yerləri fəaliyyətlərini bərpa edib və işçilər yenidən normal iş həyatına qayıdıb.
İş adamlarının bəzilərinin evdən işləməsi, əksəriyyətinin isə fəaliyyətlərinin uzun müddət dayanması onları yenidən işə başladıqları zaman bir çox çətinliklərlə qarşı-qarşıya qoyur.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən psixoloq Vəfa Əkbərin fikrincə bu, insanların karantin dövründə özlərinə bir sıra məşğuliyyətləri tapması və yenidən işə qayıtdıqları zaman adaptasiya ola bilməməkləri kimi səbəblərdən qaynaqlanır:
“Karantinin uzun müddət davam etməsi insanların gündəlik həyat tərzinə çevrilib. Beləliklə, onlar evdə qaldığı müddət ərzində ev şəraitinə adaptasiya olunurlar. Evdə uşaqlar özlərinə müəyyən əyləncə növü tapır və böyüklər, yaşlı insanlar da günlərini maraqlı etmək üçün hər hansısa bir məşğuliyyət növü ilə günlərini başa vururlar. Müəyyən dərəcədə dərsləri həmişə çox olan və onlarla məşğul olan, eyni zamanda daimi ünsiyyətdə olan yeniyetmələr və gənclər var ki, onlar karantin günlərində mobil telefon, kompüter və televizor qarşısında artıq özləri üçün oyunlar və əyləncə növləri tapıblar. Beləliklə, həmin şəxslərin işə, məktəbə və cəmiyyətə yenidən dezadaptasiya prosesi başlayacaq. Bununla da təbii olaraq insanların real mühitə uyğunlaşması çətin formada gedəcək. Çünki izolyasiya olunanda da eyni çətinliklər var idi”.
Psixoloq hesab edir ki, həmin şəxslər iş fəaliyyətlərinə yenidən başladıqları zaman ruhdan düşmə, əzginlik, yuxusuzluq və ya tez acma kimi hisslərlə qarşılaşmamaları üçün artıq indidən özlərini iş mühitinə adaptasiya etməlidirlər.
Vəfa Əkbər tövsiyə edir ki, digər insanların da bu kimi hallarla qarşılaşmaması üçün onlar özlərini əvvəlki qrafikə uyğunlaşdırmağa çalışsınlar və dostları ilə virtual olsa belə vaxt keçirsinlər:
“Həmin insanlara elə bu gündən başlayaraq zaman-zaman özlərini adaptasiya etməyə başlamağı tövsiyə edirəm. Əvvəlki qrafikə alışmağa, uyğunlaşmağa çalışsınlar. Səhər erkən durmağa axşam isə tez yatmağa çalışsınlar. Əgər məktəblilər gün ərzindəki 6 saat dərsə gedib gəlirdilərsə onun gəlib evdə 3 saatını hazırlaşırdılarsa, onlayn dərslərdən sonra kitab-dəftəri örtüb daha çox özlərinə vaxt sərf etsinlər. İş adamları isə iş qrafiki onlardan nə qədər zaman alırdısa ən azından o qrafikə özlərini alışdırsınlar. Çalısınlar ki, maksimum dərəcədə hazırda ev əyləncələri, evdə maraqlandığı işlər və yenidən əldə etdikləri davranışları gözdən keçirsinlər. Əvvəl necə ki, sosial çevrə və sosial ünsiyyətləri var idi, artıq buna yenidən adaptasiya olunsunlar. Dostları ilə canlı görüşməsələr belə bunu onlayn etsinlər. Virtual şəkildə dostları ilə əlaqə qurub danışaraq nələrisə müzakirə etsinlər”.
Psixoloq əlavə edib ki, bütün bu proseslər onlar üçün bir müddət çətinlik yaratsa da sonradan mühitə uyğunlaşacaqlar: “Düşünürəm ki, anidən karantin müddəti bitməyəcək. Zaman-zaman buna vaxt veriləcək və tədricən olacaq. O zamandan səmərəli istifadə etməyi bacaranlar sonradan artıq işdə böyük psixoloji problemlərlə üzləşməyəcəklər”.
Akqabay Mıradov
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?




































